Bakıda narkomanların yuvasına çevrilən PİYADA KEÇİDİ - VİDEO

Bakıda insanların təhlükəsiz şəkildə yolu keçməsi üçün nəzərdə tutulan yeraltı piyada keçidi antisanitar vəziyyətdədir.

Stopnarkotik.az xəbər verir ki, sözügedən keçid narkotik istifadəçilərinin toplaşdığı məkana çevrilib. Pis qoxu, tullantılar və natəmizlik səbəbilə bu keçiddən istifadə etmək mümkün deyil.

**

AzTV çəkilişə başlayandan az sonra özlərini təqdim etməyən və hansı qurumu təmsil etdiklərini bildirməkdən imtina edən bir qrup şəxs əraziyə gələrək təmizlik işlərinə başladı.

Yerüstü keçiddən istifadə etmək istəyən şəxslər problemin köklü şəkildə həllini və bu cür keçidlərə nəzarətin artırılmasını tələb edirlər.

Bu barədə daha ətraflı AzTV-nin təqdim etdiyi reportajda:

**