Bakıda maşın avtoyuma məntəqəsindən oğurlanıb.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini M.Məmmədquliyev Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb.
Araşdırma aparılır.