Bakıda istintaq təcridxanasında intihar: 29 yaşlı oğlan özünü öldürdü

Bakıda istintaq təcridxanasında intihar hadisəsi baş verib.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1995-ci il təvəllüdlü Həsənov Natiq Fuad oğlu

Kürdəxanıdakı təcridxanada həyatına qəsd edib. O, hadisə yerində ölüb.

Qeyd edək ki, N.Həsənov 5 ay əvvəl Salyan rayonunun Xocalı kəndində tanışı Əhmədov Rəhim Əli-Hüseyn oğlunu bıçaqlayıb. Onun barəsində cinayət işi başlanılıb və saxlanılaraq təcridxanaya salınıb.

Yaxın günlərdə Natiqin məhkəməsi olacaqdı.