Bakının Binəqədi rayonunda saxlanılan şəxs ölüb.
Məhkəmə qərarı ilə törətdiyi oğurluq əməllərinə görə 1 ay müddətinə inzibati qaydada həbs olunmuş 52 yaşlı Bayramov Kərəm Mərdan oğlu qəflətən vəfat edib.
O, əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunub. Onun narkotik aludəçisi olması, xroniki alkoqolizmdən əziyyət çəkdiyi bildirilir.
Fakt üzrə araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.