Bakıda intihar hadisəsi olub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Qaçaq Nəbi küçəsində qeydə alınıb.
Şəmkir rayonunda doğulan 47 yaşlı Zeynalov Zeynal Vadim oğlu yaşadığı binadan özünü ataraq intihar edib.
Onun hansı səbəbdən bu addımı atması hələlik bəlli deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.