Bakıda elektron qəlyan satılan mağazaların birində oğurluq hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.
Hadisə Səbail rayonu ərazisində “Sahil” metro stansiyasının yaxınlığındakı mağazada qeydə alınıb.
İddiaya görə, 4 nəfər qabaqcadan əlbir olaraq mağazaya gəlib. Onlar özlərini elektron qəlyan müştərisi kimi təqdim ediblər. İçlərindən biri satıcı ilə danışarkən digərləri dəyəri 230 manat olan 5 ədəd elektron qəlyanı oğurlayıblar.
Görüntülər mağazadakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Kadrları olduğu kimi təqdim edirik: