Bakıda DƏHŞƏTLİ İNTİHAR: 68 yaşlı kişi özünü binadan atdı

Bakıda intihar hadisəsi olub.

Hadisə gecə saat 03 radələrində Nərimanov rayonu Atatürk prospektində qeydə alınıb.

68 yaşlı Quliyev Nazim Məmiş oğlu kirayədə yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsinin dəhlizindən özünü atıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. 

İntiharın səbəbləri hələlik məlum olmasa da, onun psixi xəsətlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır./lent.az