Bakıda küçədə özünü yandıran kişiyə birinci və ikinci termiki yanıq diaqnozu qoyulub.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30 yaşında şəxsin (kişi cinsli ) özünü yandırması səbəbilə çağırış daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən xəstə üzün, döş qəfəsinin, yuxarı ətrafların birinci və ikinci termiki yanıqları diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin Yanıq Şöbəsinə hospitalizasiya olunub”, - deyə məlumatda qeyd olunub.
***13:35
Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib.
Stopnarkotik.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib.
Özünü yandıran şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə ediblər.
Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, həmin şəxsin sevdiyi qadın o ünvanda yaşayır və özünü ona görə yandırıb.