Bakıda dəhşət: 55 yaşlı kişi yanaraq öldü

Bakıda faciəli hadisə baş verib.

Hadisə bir neçə gün əvvəl paytaxtın Zirə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Əkbər Kənan oğlu Əliyev yaşadığı evin həyətində məişət tullantılarını yandırarkən ehtiyatsızlıqdan ocağa yıxılıb.

Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Əliyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır./lent.az