Bakıda bu mənzil 3.5 milyon manata satışa çıxarıldı – FOTOLAR

Bakı şəhərində mənzil fantastik qiymətə - 3 milyon 500 min manata satışa çıxarılıb.

Mülk paytaxtın Nəsimi rayonunda, Vidadi küçəsində yerləşir.  “Tarqovu” adlanan ərazidə yerləşən arxitektur binadakı mənzilin sahəsi nə az, nə çox, 400 kvadrat metrdir və 8 otaqdan ibarətdir. 

Belə ki, “Tarqovu” adlanan ərazidə yerləşən mənzil iki evdən ibarətdir və mənzillərin girişi bir blokdandır. Elanda qeyd edilir ki, birinci mərtəbə 3 yataq otağı, 1 zal, 3 sanuzel, qarderob, geniş dəhliz və mətbəxdən ibarətdir. İkinci mərtəbədə isə 3 otaq, zal və ikinci mətbəx var. /yenisabah.az