Bakıda lüks model avtomobillərdən birində yolda hərəkət edərkən nasazlıq yaranıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, "BMW X5" markalı avtomobil əvvəlcə tüstüləyib, daha sonra alışıb yanmağa başlayıb. Yandıqdan sonra maşın partlayıb.
Hadisə yerinə FHN əməkdaları cəlb olunub.
Xəsarət alanlar barədə məlumat yoxdur.