Bakıda binanın divarı maşınların üzərinə aşdı - ANBAAN VİDEO

Bakıda binanın divarı minik avtomobillərinin üzərinə aşıb.

Stopnarkotik.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Qarabağ küçəsində baş verib.

Bir müddət əvvəl söküntüsü aparılmış 4 mərtəbəli binanın yolun kənarında olan qalıq hissəsi qəfil uçub.

Divar ərazidə park edilmiş avtomobillərin üzərinə aşıb.

Hadisə anı ərazidəki kamera tərəfindən anbaan lentə alınıb.

Daha ətraflı süjetdə: