Bakıda bağ evində kişi meyiti tapıldı - BAŞINDAN GÜLLƏLƏNİB...

Bakıda evdən meyit tapılıb. 

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Orada yerləşən bağ evində başında güllə yarası olan kişi meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin orada yaşayan, 30 yaşlı Emin Məmmədov olması müəyyən edilib.

Evdən həmçinin bir ədəd "Huğlu Renova" markalı 22R1560 N-li ov tüfəngi götürülüb.

Hadisənin motivi məlum deyil. 

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.