Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Rayon sakini, 1971-ci il təvəllüdlü Ağasif Əjdər oğlu Bayramov sirkə turşusu içərək canına qəsd edib.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Ağasif Bayramov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.