Bakıda 18 yaşlı tələbə faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı oğlan dəm qazından ölüb.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun meyiti “Tarqovı” məhəlləsi kimi tanınan ərazidə - Tolstoy küçəsi ev 156-nın hamam otağında tapılıb.

Orada kirayə qalan gəncin dəm qazından zəhərlənərək ölməsi bildirilib.

Hüseynov Ramal Cabir oğlu Azərbaycan İdman Akademiyasında təhsil alırdı. O, idman menecmenti və kommunikasiya ixtisasının tələbəsi idi.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.