Bakıda 4 otaqlı mənzil yanıb, xəsarət alan yoxdur.
Stopnarkotik.az xəbər verir ki, yanğın Nərimanov rayonu, Aşıq Alı küçəsində qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində on iki mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 180kv.m. olan dördotaqlı mənzilin bir otağı qismən yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.