Bakıda "07” ilə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Bakının Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Stopnarkotik.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Vaz 2107" markalı nəqliyyat vasitəsinin sürücüsü Nahid Muradov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü N.Muradovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.