Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən qəza olub

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun 37-ci kilometrində baş verib."Ford Tranzit" markalı avtomobil yolu keçmək istəyən 1957-ci il təvəllüdlü, Osmanov Oruc Məhəmməd oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.