Bakı metrosunda texniki nasazlıq - SƏRNİŞİNLƏR DÜŞÜRÜLDÜ

Metronun “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətindən məlumat verilib.  

Bildirilib ki, nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. 

Xəttə dərhal ehtiyat qatar buraxılıb.