Azərbaycanda qadın məhkum həbsdə ölüb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada saxlanılan Çinarə Rafiq qızı Məmmədova dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.