İstanbulda evlənməyə hazırlaşan cütlük zərgərlik mağazasına basqın edib.
Ailə qurmaq üçün pul tapa bilmədiklərini bəhanə edən cütlük Sultanqazidə silahla zərgəri soymağa cəhd edib. Şübhəlilər mağaza sahibi tərəfindən tutularaq polisə təhvil verilib.
Hadisə yerinə gələn polis qrupları soyğunçuları bölməyə aparıb. Məlum olub ki, hadisəni törətməkdə təqsirli bilinən xanım Azərbaycan vətəndaşıdır. Belə ki, 22 yaşlı Öznur H. sevgilisi 26 yaşlı Enes E. ilə birlikdə mağazanı soymağa cəhd edib.
Onlar barəsində cinayət işi açılıb.