Azərbaycanlı qadın beynəlxalq axtarışa verildi - FOTO

Rusiya azərbaycanlı qadını axtarışa verib. 

Bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib. 

Qeyd olunur ki, 39 yaşlı Şəfiqə Fərhadova terrorçuluq və qanunsuz silahlı qruplaşmalarda iştirak etməkdə təqsirli bilinir. 

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış qərarı çıxarıb və saxlanılması üçün İnterpola müraciət edib. /lent.az