Müğənni Rəqsanə İsmayılova qanunsuz miqrasiyanın təşkili ittihamı ilə saxlanılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
Stopnarkotik.az bildirir ki, bu barədə Rusiyanın teleqram kanalları xəbər verib.
R.İsmayılova ötən gün İstintaq Komitəsinin Solntsevo İstintaq İdarəsinə gəlib. O, Daxili İşlər Nazirliyinin Soltsevo Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü ildə qaldırılmış cinayət işində şahid qismində gətirilib. Yelena Smirnova isə Qurbanov adlı şəxslə əlbir olaraq ona və ən azı iki nəfər azərbaycanlıya saxta pasport verib. Sonradan məlum olub ki, Rəqsanə İsmayılovanın dindirilməzdən əvvəl təqdim etdiyi pasportu da daxil olmaqla iki yox, üç pasport saxta şəxsiyyət məlumatları ilə hazırlanıb və hər üç pasport 2019-cu ildə hazırda istintaq altında olan Yelena Smirnovadan alınıb.
Müstəntiqlərin fikrincə, Rəqsanə İsmayılova həmin Qurbanova 650 min rubla yaxın pul köçürüb və qarşı tərəf yoxlanılmış variant vasitəsilə ona yeni sənəd almağa kömək edib. 2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılmışıb və müğənnini yaşayış yerini tərk etməmək şərti ilə azadlığa buraxılıb.
Stopnarkotik.az