Azərbaycanlı idmançı 4 illik diskvalifikasiya olundu

 

Azərbaycan kikboksinqçisi Elşad Şahbazov 48 aylıq diskvalifikasiya olunub.

Stopnarkotik.az-ın AMADA-ya istinadən məlumatına görə, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğunun aşkarlanması səbəb olub.

E.Şahbazovun sanksiyasının qüvvəyə minmə tarixi 2023-cü il oktyabrın 25-i göstərilib. Diskvalifikasiyanın müddəti 2027-ci il oktyabrın 25-də bitəcək.