Rusiyanın Lyubertsı şəhərinin rəhbəri Vladimir Volkov uşaqlı qadına dəhrə ilə hücum edən kişini zərərsizləşdirməkdə polisə kömək edən Müqabil Hacı oğlu Babayevə minnətdarlığını bildirib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Volkov bu barədə Telegram kanalında yazıb: "Mən əsl qəhrəmanlıq hərəkətinə görə Müqabilə səmimi qəlbdən təşəkkür edirəm".
Müqabil REN TV-yə bildirib ki, maşınla keçərkən cinayətkarı əlində dəhrə ilə görüb. O, təhlükıli şəxsi zərərsizləşdirmək üçün əvvəlcə avtomobili ilə onu vurub, sonra isə maşından düşərək neytrallaşdırıb.