Azərbaycandan olan miqrant ailəsi Rusiyadan deportasiya olunur.
Stopnarkotik.az "RİA novosti"yə istinadən xəbər verir ki, buna səbəb azərbaycanlı ailənin oğlunun məktəbdə dava salması olub.
İnsidentin Nijni Novqorodda baş verdiyi bildirilib.
Xatırladaq ki, ötən həftəsonu sosial şəbəkələrdə 8-ci sinif şagirdinin özündən kiçik şagirdi döydüyünü əks etdirən video yayılıb. O, azyaşlını bir neçə dəfə vurub və boğub. Polis hadisənin sentyabrın sonunda baş verdiyini bildirib.
Daha sonra hüquq-mühafizə orqanları məktəblinin ailəsinin miqrasiya haqqında qanunu pozduğunu bildirib.
Nəticədə valideynlər cərimələnib, onlar barəsində miqrasiya qeydiyyatında olmayan övladları ilə birlikdə RF əraizisindən çıxma haqqında qərar qəbul olunub.
Azərbaycanlı ailə deportasiya olunmaq üçün Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə yerləşdirilib.