“Azərbaycanla müharibə hələ bitməyib” - Abramyan

“Azərbaycanla müharibə hələ bitməyib, çünki Bakının ambisiyaları təkcə Qarabağla məhdudlaşmır”.

Stopnarkotik.az konkret.az-a istinadən xəbər verir ki, bunu oktyabrın 24-də Milli Assambleyanın iclasında “Mənim şərəfim var” müxalifət blokunun parlament fraksiyasının katibi Tiqran Abramyan bildirib.

“Ermənistanın hələ də sağalmaq və yenidən doğulmaq şansı var. Lakin yalnız ona görə ki, biz öz sıralarımızda çoxsaylı zərbələrdən və faciələrdən sonra Ermənistan ordusunun ruhunu və onun bütün mahiyyətini daşıyan insanlara rast gəlməkdə davam edirik”, – Abramyan bildirib.

Abramyan fikrini belə yekunlaşdırıb: “Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün hələ də imkanımız var, amma bir problemimiz var – Ermənistanın indiki hakimiyyəti”.