Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Bu gün Albaniyanın Baş naziri Edi Ramanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın XİN rəhbərinin müavini Besart Kadia arasında görüş keçirilib.

Stopnarkotik.az xəbər verir ki, görüşdə Azərbaycan və Albaniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişafı üçün mövcud imkanlara dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” imzalanıb.