Azərbaycanın ən yaşlı sakini vəfat edib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.
Azərbaycanın ən yaşlı sakini olan 136 yaşlı Tamam Əzizova xəstəxananın reanimasiya şöbəsində müalicə olunurmuş.