Azərbaycanda zəlzələ baş verdi

Goranboyda zəlzələ olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3,1 olan yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.