Qazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Mahmudov Rüfət Əsəd oğlu özlərinə məxsus üzümlük sahədə intihar edib.
Onun meyiti hadisədən bir müddət sonra sahəyə gedən əmisi tərəfindən aşkarlanıb.
Mərhum Qazaxda vəkill olub və intihardan bir gün öncə yaxınlarına işinlə bağlı başqa rayona gedəcəyini bildirib. Səhərisi gün isə onun meyti üzümlük sahədə aşkarlanıb.
R.Mahmudov ailəli olub, 1 qızı 2 oğlu var, həyat yoldaşı Qazax rayon İcra Hakimiyyətində çalışır.
Mərhumun atası Əsəd Mahmudov rayonda tanınmış şəxsdirdir. O, sovxozda, Ət kombinatında direktor, Qazax rayon Sudan İstifadə Birliyində isə icraçı direktor vəzifələrində çalışıb.
Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hərkəsə qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildiriblər.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***09:39
Qazax rayonunda intihar hadisəsi baş verib.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Hüseynbəyli kənd sakini Mahmudov Rüfət Əsəd oğlu həyatına qəsd edib.
R.Mahmudiv hüquqşünas olub. O, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil bürosunun vəkili kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı araşdırma aparılır.