3 il əvvəl fəalliyyətini dayandıran bağça 4-cü dəfədir ki, yanır.
Mingəçevirin Puşkin küçəsində yerləşən, hazırda istifadəsiz olan 8 saylı körpələr evi və uşaq bağçasında ötən gün yanğın hadisəsi qeydə alınıb.
Qəfildən alovlanan binanın birinci mərtəbəsində başlayan yanğını söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağrılıb. Yanğınsöndürmə briqadası bağçanın ərazisində başlayan yanğını lokallaşdıraraq onun ətraf ərazilərə yayılmasına imkan verməyib. Sakinlər iddia edirlər ki, sözügedən təhsil müəssəsində yanğınlar qəsdən törədilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Mingəçevirdə yerləşən 8 saylı körpələr evi uşaq bağçasında qeydə alınan yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Ətraflı "Xəzərxəbər"in süjetində: