Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ölkə ərazisində "TikTok" sosial şəbəkəsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına münasibət bildirib.
Xidmətdən verilən xəbərə görə, oktyabrın 31-dən etibarən Azərbaycan Respublikası ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, eləcə də sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırır.
***13:18
Bu gündən Azərbaycanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti bərpa edilib.
Stopnarkotik.az xəbər verir ki, istifadəçilər ondan məhdudiyyətsiz istifadə edə bilirlər.
Xatırladaq ki, "TikTok"un Azərbaycanda fəaliyyəti sentyabrın 19-da məhdudlaşdırılmışdı.