2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə qeydə alınıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Nəticədə 3 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.