Azərbaycanda qızılca ilə bağlı son vəziyyət necədir? - TƏBİB SƏDRİNDƏN AÇIQLAMA

"Azərbaycanda qızılca ilə bağlı hazırda vəziyyət stabildir".

Stopnarkotik.az xəbər verir ki, bunu Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır:

"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxdurucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyətinə uyğun olaraq tədbirlər görülür".