Azərbaycanda kişi arvadını güllələdi

Lerikdə silahlı insident olub.

Hadisə rayonun Zövnə kəndində qeydə alınıb.

Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib.

Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.

O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib.

C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.