Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.
Zəlzələ ocağının dərinliyi 70-km-dir.
***09:54
Hazırda zəif afterşoklar gedir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.
***08:55
Xəzər dənizində zəlzələ olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
*** 08:17
İlkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ hiss olunub.
Mövcud məlumatlara görə, 5 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.