Beyləqan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı artıb.
Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan “ISUZU” markalı avtobusun aşması nəticəsində yaralananların sayı 21 nəfərə çatıb.
Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həmin şəxslərin adlarını təqdim edirik:
Loğman Ağabala oğlu İbrahimov,
Namiq Valid oğlu Musayev,
Sənan Qədimcan oğlu Kabulov,
Məzahir Nurəddin oğlu Bayraməliyev,
Məhəmməd Zahid oğlu Əlixanov,
Cavid Sübhan oğlu Babayev,
Qara İslam oğlu Omarov,
Sərxan Qədimcan oğlu Kabilov,
Nicat Namiq oğlu Musayev,
Səxavət Qədimccan oğlu Kabilov,
Taleh Samid oğlu Abbasov,
Saleh İltizam oğlu Əliyev,
Maya Qasım qızı İmanova,
Səxavət Müitdin oğlu Xipiyev,
Hacı Qədimcan oğlu Kabilov,
Rəfail Vidadi oğlu İmanov,
Elşən Səlimcan oğlu Kabilov,
Ağaverdi Şahnəzər oğlu Səlimov,
Şərif Qazı oğlu Qazıyev,
Azadə Arif qızı İsmayılova,
Ceyhun Çingiz oğlu Əliyev.
***12:24
Beyləqan rayonunda baş verən qəza zamanı xəsarət alanların sayı məlum olub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, avtobusun aşması nəticəsində ümumilikdə 11 nəfər xəstəxanaya müraciət edib.
Bildirilib ki, hazırda xəstəxanada iki nəfərin müalicəsi davam edir. Onlardan səkkiz nəfəri zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bir nəfər isə Bakıya Sabunçu Şəhər Klinik Xəstəxanasına göndərilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, “İsuzu” markalı avtobusda ümumilikdə 20 nəfər şəxs olub.
Faktla bağlı araşdırma aparılır.
***11:25
Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, “İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb.
İlkin məlumata görə, avtobusun aşması nəticəsində 10-dan çox yaralı var.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.