Siyəzən rayonunda qadının pişiklərə işgəncə verməsi ilə bağlı iddialar yayılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, qadın vətəndaşlardan pişikləri saxlamaq adı ilə alıb və onlara işgəncə verib.
Eyni zamanda, iddia edilib ki, sözügedən qadın pişiklərə kəsik xəsarətləri yetirərək onların şəkillərini paylaşıb, müalicə olunması üçün kart məlumatlarını qeyd edərək pul yığıb. Xəsarət yetirdiyi pişiklər öldükdə isə onu yandıraraq basdırıb./oxu.az