Azərbaycanda bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Aprelin 21-də Bakı və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu:

Gecə: 10-12° isti

Gündüz: 16-21° isti

Atmosfer təzyiqi: 761 mm civə sütunu

Nisbi rütubət:

Gecə: 70-75%

Gündüz: 50-55%

Azərbaycanın rayonlarında hava proqnozu

Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu:

Gecə: 6-11° isti

Gündüz: 20-25° isti

Dağlıq ərazilərdə:

Gecə: 2° şaxtadan 3°-dək isti

Gündüz: 8-13° isti