2023-cü ildə qeydə alınmış məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1513 nəfər zərər çəkib.
Bu, bütün cinayətlər nəticəsində ümumi zərərçəkənlərin (24287 nəfər) 6,2 faizini təşkil edir.
Bu məlumat Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin hesabatı əsasında hazırladığı statistikada qeyd olunub.
Rəsmi məlumata görə, Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı artıb. Bu artım 2022-ci illə müqayisədə 2,6 faiz təşkil edib.
Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində çərərçəkənlərin 80,9 faizi qadınlar, 0,7 faizi isə yetkinlik yaşına çatmayanlar olub.
Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,8 faiz artaraq 74 nəfər (onlardan 49-u qadınlar) olub.