Azərbaycana külli miqdarda saxta dollar gətirən dəstə üzvləri ələ keçdi - FOTO

Polis əməkdaşları əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, keçirilmiş kompleks əməliyyat  tədbirləri nəticəsində ölkə ərzisinə  saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə müəyyən olunaraq saxlanılıb. 

Həmin  şəxslər  saxlanılan zaman onların üzərindən 10000(on min) saxta ABŞ dolları götürülərək  istintaqa təqdim edilmişdir. 

Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.