Azərbaycan əsilli müğənni Sevdalizanın İrəvandakı konserti ləğv edilib. “Coca-Cola Fest” festivalının təşkilatçıları konserin ləğv olunduğunu elan ediblər.
"Sizə bildiririk ki, Sevdaliza İrəvanda çıxış etməyəcək. Arzu edənlər aldıqları biletləri qaytara bilərlər", - rəsmi məlumatda deyilir.
Buna səbəb sosial şəbəkələrin erməni seqmentində etirazlar olub. Sosial şəbəkələrdə müğənninin əsərində nümayişkaranə anti-xristian motivlərin olması versiyası yayılıb. Etirazlara məşhur erməni bloggerlər də qoşulub.
Sevdaliza 1 sentyabr 1987-ci ildə Tehranda azərbaycanlı ailəsində anadan olan İran əsilli hollandiyalı müğənnidir. Beş yaşında ailəsi ilə birlikdə Hollandiyaya köçüb. Maraqlıdır ki, Ermənistanda əksər insanlar onun azərbaycanlı kökləri haqqında bilmirdilər.
Stopnarkotik.az
P.S. Nə deyirsiniz, içindən anti-türk nifrətin fışqırdığı ermənilər sülhə hazırdılarımı?