Sankt-Peterburqda məktəblilərin yoldan keçənləri döyməsi ilə bağlı cinayət işi üzrə istintaq davam edir.
Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, hazırda 14 və 16 yaşlı daha iki şübhəli saxlanılıb. Bununla da, iş üzrə saxlanılanların sayı çərçivəsində 11 nəfər olub. 11 nəfərdən 8-i həbsdədir, altısına artıq ittiham irəli sürülüb, qalanlarına isə yaxın vaxtlarda ittiham irəli sürüləcək.
Axtarışlar davam edir. Xüsusən də, onlardan birinə məxsus restoran yoxlanılıb, orada çoxsaylı qanun pozuntuları - sanitar, yanğın və miqrasiya pozuntuları aşkar edilib.
Həbslər azyaşlıların davasını əks etdirən bir sıra videolardan sonra başlayıb.
Məlum olub ki, şübhəlilər bilərəkdən yoldan keçənlərlə münaqişəyə səbəb olublar, bundan sonra videonu sosial şəbəkələrdə yayıblar. İnsanları döyərkən özlərini “Azərbaycan mafiyası” adlandırıblar.
KİV-in məlumatına görə, “mafiya” başçısı başqa ölkəyə qaçıb. Ehtimal olunur ki, onu qohumları gizlədir.