Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini istefa verib.
Stopnarkotik.az xəbər verir ki, Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, A.Zeynalov 1970-ci ildə Naxçıvanda anadan olub. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatıdır.