Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun (Türkiyə Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfi) prezidenti professor Aygün Attar Ruben Vardanyanın öz aləmində dünyaya səs salmaq istəyən arvadı Veronika Zonabentə açıq məktub yazıb.
Xatırladaq ki, bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 55 yaşlı Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Onun həbsi ilə bağlı bütün dünyaya səs salan Veronikaya Aygün xanım gözəl bir həyat dərsi keçib. Lent.az onun məktubunu olduğu kimi təqdim edir:
Aygün Attar
“Veronika, ilk növbədə, bir qadın və ana kimi bildirmək istəyirəm ki, ərinizin həbsi ilə bağlı hisslərinizi başa düşürəm. Kaş ki, insanlar daha yaxşı hadisələrlə gündəmə gəlsələr. Siz uzun illərdir ki, qondarma “erməni soyqırımı”ndan danışırsınız, bu istiqamətdə çox fəal işləyirsiniz. Siz tamamilə maddi gücünüzdən istifadə edərək anti-türk nifrətinə xidmət edən 100.Həyat adlı layihədə Hollivud ulduzlarından və “hüquq müdafiəçilərindən” istifadə etmisiniz.
Bank investoru olan həyat yoldaşınız Avropa Bankının imkanlarından istifadə edərək,
UWC (United World Schools) Dilican məktəbini yaradanda mən ümid edirdim ki, savadlı nəsillər köhnə düşmənçilikdənsə, insancasına yaşamağa üstünlük verəcəklər. Amma siz dünyanın 64 ölkəsindən gəlib o məktəbdə təhsil alan gənclərə nifrət, düşmənçilik aşıladınız. Necə ki, Türkiyədə İstanbul Biennalesində erməni məsələsini (!) müzakirə etməkdə birtərəfli olaraq türkləri günahlandıran sənətkarları (!) və onların işlərini dəstəkləyirsiniz.
Sizin təsis etdiyiniz IDeA Fondu (Ermənistanın İnkişafı üzrə Təşəbbüslər) Ermənistanın İnkişafına dair Təşəbbüslər adlanır, lakin ərinizin Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi “fəaliyyətlər” nə Ermənistanın, nə də ermənilərin təşəbbüs və inkişafına səbəb olmayıb, daha çox onların məhv edilməsinə xidmət edib.
Kaş ki, bir qadın və ana kimi ərinizi terrorla işbirliyinə sövq edən və Türk düşməni olmasına səbəb olan “babasının danışdığı nağılların” aşıladığı düşmənçilikdən uzaq tuta bilsəydiniz!
Kaş başa düşəydin ki, Qarabağ uğrunda dünyada yeni müharibələr hazırlayan güclər və erməni lobbisi sizin və bütün ermənilərin başına oyun açır! Kaş ki, siz ər-arvad olaraq xeyli pulunuzu və vaxtınızı türk-erməni düşmənçiliyini qızışdıran erməni lobbisinin istəklərinə uyğun şeylərə deyil xərcləməsəydiniz.
Bu coğrafiyada birlikdə yaşamaq məcburiyyətində olduğumuzu əsas götürərək özünüzü daha konstruktiv fəaliyyətlərə həsr edə bilərdiniz.
Lakin siz bir ailə olaraq ASALA terror təşkilatının, 1992-ci ildə Xocalı Soyqırımını həyata keçirənlərin yolunu seçdiniz.
Sizin əriniz Qarabağdakı terror yuvasını iqtisadi və siyasi cəhətdən maliyyələşdirib.
Azərbaycan dövləti günlərdir terrorçuları və terrorizm tərəfdarlarını silahı yerə qoymağa və təslim olmağa səsləsə də, əriniz Ruben Vardanyan təxribat xarakterli açıqlamaları ilə Qarabağ ermənilərinə qarşı kin və nifrətə təkan verib.
Əriniz ermənilər etnik ayrı-seçkiliyi edərək dövlətə qarşı fəaliyyətlərə səslədi və Qərb dövlətlərini də bölgəyə dəvət edərək regional təhlükəsizlik baxımından ağır cinayət törətmişdir.
O, Qarabağda saxta qondarma dövlət qurmağa çalışıb və qondarma prezident kimi xaricdə Azərbaycan dövlətçiliyinə qarşı şüurlu və böhtan xarakterli siyasi kampaniya aparıb.
Əriniz Ruben Vardanyanın, aşağıdakı bəyanatınızda qeyd etdiyiniz maddi vəziyyəti və ya erməni lobbisinə “xeyriyyəçilik” göstərməsi Azərbaycan və erməni icmalarını təxribata çəkərək onları münaqişə mühitinə sürükləyir və hər iki tərəfdə ciddi sarsıntıya səbəb olmuş bu insanlığa qarşı cinayətin bəhanəsi ola bilməz.
Vətənə xəyanət edən hər kəsin hamı kimi qanun qarşısında bərabər şəraitdə mühakimə olunması ədalətin təzahürü olacaq.
Qarabağlı bir ailənin övladı olaraq fikirlərimi iki toplumun bir an əvvəl dinc həyat şəraitinə çatmasını istəyən bir insan kimliyimlə bitirirəm.
RubenVardanyan müsahibəsində deyib: “Təkcə xəyal etmək deyil, həm də öz arzunu həyata keçirmək çox vacibdir".
Əgər Azərbaycan torpağında ikinci erməni dövləti yaratmaq kimi utopik bir xəyal edirsinizsə, onu həyata keçirə bilməyəcəksiniz və bunun nəticələri ilə razılaşmalısınız. Hər mənada keçmiş olsun!”