AXCP-nin NTK sədri də saxlanılıb?

AXCP Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultanın saxlalıdığı barədə məlumat yayılıb.

Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, məlumatı AXCP üzvləri ictimailəşdiriblər. Onlar Murad Sultanla dünən günortadan sonra əlaqə kəsildiyini bildirilər. Ona zənglərin çatmadığı qeyd olunur.

Hələ ki AXCP-nin NTK sədri haqda rəsmi qurumların açıqlaması yoxdur.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər.