Avtomobili ilə velosipedçini vuran nazir arkoloji testdən keçirildi

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib.

Stopnarkotik.az Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub.

Velosipedçi xəstəxanaya yerləşdirilib.

Onun kəllə-beyin travması aldığı ehtimal edilir.

Nazir spirtli içki və narkotik testindən keçib. Hər iki testin nəticəsi mənfi olub.