Avtomobildən oğurluq edən keçmiş məhbus yaxalandı - RƏSMİ AÇIQLAMA

Bakıxanov qəsəbəsi ərazisində “QAZ-2410” markalı avtomobildən 930 manat dəyərində 2 ədəd qol saatı, eynək, maqnitofon, gödəkcə və avtomobilin üzərində olan aksessuarı oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, R.Bayramov Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.