Avtomobildən oğurluq edən Gəncə sakini ələ keçdi

Gəncə şəhəri ərazisində “VAZ” markalı avtomobildən 1600 manat dəyərində maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Gəncə sakini M.Məmmədzadə saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, o, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.

Faktla bağlı araşdırma aparılır.